“Twitter”in öz loqosuna qayıtması ilə dogecoin kəskin ucuzlaşıb | Banco.az

“Twitter”in öz loqosuna qayıtması ilə dogecoin kəskin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”in təsirinin keçməsi ilə dogecoin kəskin dəyər itirib.

Banco.az xəbər verir ki, İlon Maskın “Twitter” veb versiyada klassik mavi quş loqotipini dogecoin loqosu ilə əvəz etməsindən sonra bazar ertəsi bu kriptovalyutada 30 faizdən çox bahalaşma qeydə alınmışdı.

Beləliklə, dogecoin 0,076 dollardan 0,10 dollara qədər bahalaşmışdı. Bununla belə, “Twitter”də loqo dəyişikliyi istisna olmaqla, dogecoin-in istifadəsi ilə bağlı heç bir qərar açıqlanmamışdı.

Odur ki, çərşənbə axşamından etibarən sözügedən kriptovalyuta üzrə satışlar başlayıb. Bugün intensivləşən satışlardan sonra Bakı vaxtı ilə 13:50-də dogecoin ötən sutka ərzində 9,8 faiz dəyər itirib və nəticədə 0,082 dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et