Tamara Mustafayeva, Banco.az
Twitter platforması bir müddətdir ki, sınaq mərhələsində olan "cavablandırma məhdudiyyəti" funksiyasını istifadəçilərin bəyənisinə təqdim edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən funksiya istifadəçilərə üç fərqli seçim təqdim edir. Bu seçimlərə "hər kəs", "izlədiyin şəxslər" və "təkcə işarələdiyin şəxslər" daxildir. İstifadəçilər bu seçimlərdən birini seçərək yayımladıqları tvitlərə kimin cavab verə biləcəyini müəyyən edirlər.
Şirkət may ayından bəri üzərində işlədiyi bu funksiya ilə artıq istifadəçiləri narahat edən rəylərin qarşısını almağı hədəfləyir.
Həmçinin oxu: Twitter platformasından növbəti YENİLİK
Bizi sosial şəbəkələrdən izləyin!!