Twitter-də aktiv olan banklar | Banco.az

Twitter-də aktiv olan banklar

Bu gün uzun aradan sonra banklarımızın Twitter fəaliyyətindən söhbət açacağıq.

Twitter Digər sosial şəbəkələrdən bir az fərqlənir. Facebook-la müqayisədə daha ciddi platforma olduğu söylənilən Twitter-də izləyici sayı toplamaq heç də asan olan iş deyil. Siz bunu ya proqramla etməlisiniz (bu halda qeyri real izləyiciləriniz olacaq), ya da həqiqətən sevilməli və keyfiyyətli paylaşımlar etməlisiniz.

Twitter- ani düşüncələrinizi bildirməyə yarıyan, 140 hərf limiti olan bir sosial şəbəkədir.

Ölkəmizdə digər ölkələrlə müqayisədə çox da akiv istifadə olunmasa da, istifadə edənlər də az sayılmaz.

Şirkətlərimiz də Twitter-dən heç də aktiv istifadə etmir, səbəb təbii ki, cəmiyyətin Twitter-ə olan marağının azlığıdır. Amma unutmaq olmaz ki, Twitter izləyiciləri də az deyil və onlar da real müştəri hesab olunur.

Bəs banklarımız Twitter-də özlərini necə təqdim edirlər?

Bank

Followers

Following

Tweets

Son Paylaşım

VTB Bank Azərbaycan

911

1784

9

31.01.2016

Unibank

897

1

1917

13.04.2016

Bank of Baku

684

123

1032

12.04.2016

Atabank

308

6

258

04.04.2016

Kapital Bank

200

40

601

13.04.2016

Dəmirbank

195

52

560

12.04.2016

Paşa Bank

195

1

110

12.04.2016

Beynəlxalq Bank

179

15

13

28.05.2012

AccessBank

171

6

165

09.04.2016

Parabank

114

7

1203

12.04.2016

Azər Türk Bank

109

0

106

12.04.2016

Turanbank

94

7

244

31.03.2016

Caspian Development
Bank

69

312

272

13.04.2016

Yapı Kredi Bank
Azərbaycan

25

1

14

02.03.2016

ASB Bank

19

0

11

29.03.2013

Muğanbank

18

15

34

11.12.2013

Nikoil Bank

15

7

1068

13.04.2016

Amrahbank

14

21

14

11.04.2016

Bank Standard

12

1

0

0

Bank BTB

9

0

7

28.12.2015

Rabitəbank

5

3

24

09.03.2016

Ən sərfəli kredit üçün müraciət et

Təqdim etdiyimiz cədvəldə yer alan banklar Twitter-də səhifələri olan banklardır. Ən çox izləyici sayına sahib olan ilk üç bank - "VTB Bank""Unibank" və "Bank of Baku"dur. 

Ən çox paylaşım edən banklar isə, "Unibank""Parabank" və "Nikoil Bank"dır.  

Bankların əksəriyyəti paylaşımlarını fərdi formada etsə də bir neçə bank Twitter səhifələrini Facebook səhifələri ilə əlaqələndirərək idarə edirlər. Bu isə izləyicilər üçün narahatlıq doğura bildiyi üçün, təklif edərdik ki, banklarımız Twitter səhifələrini fərdi formada idarə etsinlər.

Təəssüflə qeyd edirik ki, bir çox bankların Twitter səhifələri uzun müddətdir ki, fəaliyyət göstərmir. Siz bunu ən son paylaşım tarixlərinə baxaraq anlaya bilərsiniz. Cədvəldə də qeyd olunduğu kimi, ən son paylaşım edən banklarımız "Unibank""Nikoil Bank""Kapital Bank" və "Caspian Development Bank"dır. 

Adlarını qeyd etdiyimiz bankları aktivliklərinə görə təbrik edirik, digər banklarımızdan da daha yaxşı nəticələr gözləyirik. 

Ən sərfəli krediti almaq üçün müraciət et