Türkiyənin sənaye istehsalında pandemiyadan bəri ən böyük azalma qeydə alınıb | Banco.az

Türkiyənin sənaye istehsalında pandemiyadan bəri ən böyük azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə sənaye istehsalı fevral ayında əvvəlki aya görə 6 faiz, illik isə 8,2 faiz azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) sənaye istehsalı məlumatlarını açıqlayıb. 

Buna görə, ölkədə sənaye istehsalı fevral ayında illik müqayisədə 8,2 faiz azalıb. Bu, son 3 ildə ən böyük azalma kimi qeydə alınıb.

“Bloomberg” sorğusunda iştirak iqtisadçıların gözləntisi sənaye istehsalının aylıq 2 faiz, illik isə 1,5 faiz artacağı idi.

Sənayenin alt sektorları təhlil edildikdə görünür ki, sözügedən dövrdə mədənçıxarma və karxana sənayesi sektoru indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz, emal sənayesi indeksi 8,2 faiz, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi isə 4,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et