Türkiyənin qızıl istehsalında rekord artım qeydə alınıb | Banco.az

Türkiyənin qızıl istehsalında rekord artım qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ilin birinci rübündə 9 milyon 888 min 350 ədəd qızıl istehsal edilib.

Banco.az xəbər verir ki, Zərbxana və Marka Çap Baş İdarəsinin məlumatlarına görə, 2023-cü ilin yanvar-mart aylarında ölkədə rüblük qızıl istehsalında rekord artım qeydə alınıb.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 308 faiz artımla ümumilikdə 9 milyon 888 min 350 ədəd istehsal həyata keçirilib.

2022-ci ilin birinci rübündə isə ümumi qızıl hasilatı 2 milyon 421 min 672 ədəd idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram