Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə aylıq inflyasiya 1,5 ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, ölkədə istehlak qiymətləri iyul ayında əvvəlki ayla müqayisədə 9,49 faiz artıb.
İllik inflyasiya isə 47,83 faiz təşkil edib.
Sözügedən dövrdə illik baza inflyasiyası da 56,09 faiz qeyd olunub.
TÜİK-in məlumatlarına görə, iyul ayında xərclər kateqoriyasında ən yüksək aylıq artım 17,75 faizlə nəqliyyat qrupunun payına düşüb. İllik əsasda isə ən sürətli artım 82,62 faizlə restoran və otellər qrupu üzrə reallaşıb.
Xatırladaq ki, iqtisadçılar iyul ayında aylıq inflyasiyanın 9,1 faiz olacağı gözləyirdilər.
Bizi sosial şəbəkələrdən izləyin!!