Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) monetar sərtləşdirmə tempini azaldıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 42,50 faizə qaldırıb.

İqtisadçıların proqnozu da faiz dərəcəsinin 42,50 faizə çatdırılacağı istiqamətində idi.

Qərar mətnində noyabr ayında məhdud artım göstərən başlıq inflyasiyanın son inflyasiya hesabatında təqdim edilən proqnoza uyğun olaraq qaldığı, daxili tələbin mövcud səviyyəsi, xidmət qiymətlərindəki sərtlik və geosiyasi risklərin inflyasiya təzyiqlərini canlı saxladığı bildirilib.

Mərkəzi Bankın bəyanatında qeyd olunur ki, son dövrlərə aid göstəricilər monetar sərtləşdirmənin maliyyə şərtlərinə əks olunması ilə daxili tələbin tarazlaşmasının davam etdiyinə işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram