Türkiyə ilə İndoneziya arasında 12 müqavilə imzalanıb | Banco.az

Türkiyə ilə İndoneziya arasında 12 müqavilə imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ilə İndoneziya arasında 12 müqavilə imzalanıb.

Banco.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabovo Subiantonun iştirakı ilə iki ölkə arasında 12 anlaşma imzalanıb.

"Türkiyə Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında Enerji və Təbii Sərvətlər sahəsində Anlaşma Memorandumu" Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və İndoneziyanın Enerji və Mədən Sərvətləri naziri Bahlil Lahadalia tərəfindən imzalanıb.

Türkiyənin Ticarət naziri Ömər Bolat və İndoneziyanın Ticarət naziri Budi Santoso "Türkiyə Respublikası Ticarət Nazirliyi ilə İndoneziya Respublikası Ticarət Nazirliyi arasında Ticarət Sahəsində Əməkdaşlığın İnkişafına dair Anlaşma Memorandumu"na imza atıblar.

"Türkiyə Respublikası Hökuməti ilə İndoneziya Hökuməti arasında İnvestisiyaların Təşviqi və Asanlaşdırılmasına dair Niyyət Məktubu" isə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır və İndoneziyanın İnvestisiya və Xammal Emalı naziri Rosan Perkasa Roeslani tərəfindən imzalanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram