Türk lirəsi ucuzlaşmaqda davam edir - Növbəti anti-rekord | Banco.az

Türk lirəsi ucuzlaşmaqda davam edir - Növbəti anti-rekord

Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankında yaşanan kadr ixtisarından sonra lirənin ucuzlaşması davam edir. 

Banco.az türk mətbuatına istinadla bildirir ki, sözügedən qərardan əvvəl 9.09 səviyyəsində icra edilən məzənnə dünən axşam 9.20 ilə növbəti rekorda imza atıb.

Hazırda Dollar/TL məzənnəsi 9.20 səviyyəsində icra edilir. 

Qeyd edək ki, dünən "Resmi Gazete"də yayımlanan xəbərə görə, Rəyasət Heyətinin qərarı ilə sədr müavinləri Prof. Dr. Semih Tümen, Dr. Uğur Namiq Kiçik, Pul Siyasəti Komitəsinin üzvü Prof. Dr. Abdullah Yavaş istefaya göndərilib. Onların əvəzinə bu vəzifələrə müvafiq olaraq Taha Çakmak və Prof. Dr. Yusif Tuna təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et