Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-ci ilin yanvar-sentyabrında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən 40 faiz artıb. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub.
2023-cü ilin yanvar-iyulunda Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666.1 milyon dollar təşkil edib. Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40.5% artaraq 4 milyard 746.1 milyon dollara, Türkmənistanla ticarət dövriyyəsi 3.6 dəfə artaraq 568 milyon 54.48 min dollara, Qırğızıstanla ticarət dövriyyəsi 4.8 dəfə artaraq 21.6 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 32% azalaraq 237.9 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 10.9% azalaraq 92.4 milyon dolara bərabər olub.
Bu ilin 11 ayı ərzində isə siyasət, ticarət, iqtisadiyyat, nəqliyyat, gömrük əməkdaşlığı, təhlükəsizlik, təhsil sahələrində keçirilən tədbirlərin sayı 110-na çatıb.2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666,1 milyon dollar təşkil edib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 673,3 milyon dollar və ya 41,9 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 40,5 faiz artaraq 4 milyard 746,1 milyon dollara, Türkmənistanla ticarət dövriyyəsi 3,6 dəfə artaraq 568 milyon 54,48 min dollara, Qırğızıstanla ticarət dövriyyəsi 4,8 dəfə artaraq 21,6 milyon dollara çatıb. Bununla belə, cari ilin 7 ayında Qazaxıstanla ticarət dövriyyəsi 32 faiz azalaraq 237,9 milyon dollar, Özbəkistanla ticarət dövriyyəsi isə 10, 9 faiz azalaraq 92,4 milyon dolar təşkil edib.
2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.
Bu barədə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, Qazaxıstanla dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5.1 dəfə artım qeydə alınıb.
“Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib”.
Deputat onu da qeyd edib ki, Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir.
Bizi sosial şəbəkələrdən izləyin!!