Türk bloqqer Barış Özcana məktub: Türkiyədə Baris Ozcan olmaq necə bir hissdir? | Banco.az

Türk bloqqer Barış Özcana məktub: Türkiyədə Baris Ozcan olmaq necə bir hissdir?

Əslində türk bloqqerlərindən heç vaxt xoşum gəlməyib, mənə görə onlar daha çox bəyəni yığmaq və ya rəy toplamaq, türk təbirincə desək "prim peşindədir" . Düzdür, mən onları qınamıram bəlkə də onlar gördükləri işin dəyərini belə şeylərlə ölçürlər, amma hər halda bunları etmədən də yaxşı bloqqer olmaq olar.  Ümumiyyətlə bir şeyi müşahidə etmişəm, türkiyədə Barış adlı adamlar həmişə çox sevilib. Misal üçün Barış Manço, Barış Akarsu və.s

Mənim Barış Özcan ilə tanışlığım üç il əvvəl olub. İlk baxdığım videosu isə oktyabrın 25-də Geleceğe Hoşgeldiniz adlı bir video idi. Əslində ilk dəfə idi ki, bir türk bloqqerinin videosunu izləyirdim, amma açığı desəm ad seçimi diqqətimi cəlb etmişdi.  

Belə ki, ad seçiminin diqqətimin cəlb etməsinin əsas səbəbi, 1985-ci ildə çəkilmiş və İMDb xalı 8,5 olan Michael Foxun Marty McFly rolunu oynadığı Back to the Future filmindən bəhs etməsi idi.  O film baxdığım ilk filmlərdən idi, ona görə də oturub videonu izləmək qərarına gəlmişdim. Kontent o qədər maraqlı gəlmişdi ki, Barış Özcanı Youtubeda izləməyi qərara almışdım. 

Yaxşı bəs, Bu Barış Özcan necə biridir?, əslində banco.az-da onun haqqında bir məqalə yazmışdım. Əgər Barış Özcanı yaxından tanımaq istəyirsinizsə məqaləni oxuya bilərsiniz. 

Öyrəndikcə daha çox öyrədən məşhur youtube bloqqeri Barış Özcan kimdir?

Mənə görə Barış Özcan Türkiyənin elmi səviyyəsini artıran biridir. Məlumdur ki , türk youtuberliyində ən mənasız mövzular üzrə fəaliyyət göstərən yüzlərlə bloqqer mövcuddur. Nə hikmətdirsə, bu bloqqerlərin izləyici sayı və baxış sayı mindən çoxdur. Təbii ki, tələb olduğu üçün bu bloqqerlər də öz fəaliyyətini davam etdirməyə meyilli olurlar. 

Elmin, təhsilin, texnologiyanın ön planda olduğu belə bir vaxtda, Barış Özcanın youtubeda belə mövzular üzrə videolar hazırlaması və bilgilərini paylaşması istər türkiyədə, istərsə də digər türkdilli ölkələrdə insanların öz maraq dairələrinin daha çox genişlənməsinə, öyrənməyə can atan kütlənin çoxalmasına şərait yaradır. 

Təkcə öyrətməkdə yox, həm də insanlara türk baş məşçisi Fatih Terimin komandasına verdiyi dəstək kimi motivasiya verib, onların özünə inanmasına və qarşısına qoyduğu məqsəddən heç vaxt vaz keçməməsinə köməklik göstərir. Eynən aşağıdakı videosu kimi.

Ən sərfəli kredit üçün müraciət et

Barış Özcanı digər youtuberlərdən fərqləndirən cəhət öyrənməyi öyrətməkdir. Ümumiyyətlə, gəlin razılaşaq ki dünyanın ən çətin işi nəyisə öyrənmək və öyrəndiklərini digər insanlara izah etməyə çalışmaqdı. Barış Özcan isə Türkiyə kimi bir mühitdə bunu tətbiq edir, öyrəndiklərini paylaşır. Hətta, məşhur insanların öyrənmə taktikasını izah edir, bu taktikanı bizlərin tətbiq etməsinə dəstək olur.

Məsələn, təkcə Barış Özcan bunu youtube xətrinə etmir, öz oğlu Sufiyə daha çox  intellektual, daha çox öyrənməyə ac olması üçün kitab oxutdurur. Özü kimi olması üçün, bəlkə də daha savadlı olması üçün bir ata kimi bacardığı bütün köməkliyi edir. O həm çox yaxşı bir youtuber, həm də çox yaxşı atadır.

Əhalisinin vikipediyadan istifadə edə bilmədiyi bir ölkədə , internetdən istifadə edərək vətəndaşlarına vikipediya olmaq,  gənclərə istiqamət göstərmək hər igidin işi deyil. İnsanların çalışma zəncirini qırmaması , nə olursa olsun oxuma bacarıqlarını itirməməsi üçün 2015-ci ildə Zinciri kırma adlı bir video hazırlamışdı, bu videoya gələn rəylər isə olduqca müsbət idi.

Uzun sözün qısası, Barış Özcan türk elm və təhsilinin brendidir. Bu gün bu brendin 44 yaşı  tamam olur. Banco.az olaraq Barış Özcanı təbrik edirik və uğurularının davamlı olmasını arzulayırıq. Ən böyük arzumuz isə Azərbaycanda mənasız mövzular üzrə söhbətlərin Barış Özcan kimi zəngin kontentli videolar hazırlayan insanlarla əvəzlənməsidir.  Öyrənməyin və öyrətməyin vacib sayıldığı bu dünyada, Azərbaycan orta və ali məktəblərində Barış Özcan kimi faydalı işlər görən şəxslərin çoxalmasıdır. 

Yuxarıdakı sualımın cavabı isə, Türkiyədə Barış Özcan olmaq hissini isə aşağıdakı videodakı heç vaxt sönməyən lampa kimidir :)

Xəzər Aslanov. banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et