Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin sentyabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 37,26 faiz payla "Facebook" olub.
Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib.
İkinci yerdə 21,56 faiz göstərici ilə "YouTube", üçüncü yerdə isə 12,32 faiz göstərici ilə "Instagram" qərarlaşıb.
"X" istifadəçilərinin fəallığı ötən ay 11,02 faizə bərabər olub.
"LinkedIn"in payı 5,19 faiz, “Pinterest” sosial şəbəkəsinin payı 7,69 faiz, "Reddit" payı isə 4,76 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
