Öyrəndikcə daha çox öyrədən məşhur youtube bloqqeri Barış Özcan kimdir? | Banco.az

Öyrəndikcə daha çox öyrədən məşhur youtube bloqqeri Barış Özcan kimdir?

Bəlkə də çox şanslıyam ki, Barış Özcan kimi hər kəsin idealı olan bir şəxslə eyni ayda, demək olar ki eyni gündə dünyaya gəlmişəm, mən 1996-cı ilin iyulun 22-i anadan olmuşam, o isə 1974-cü iyulun 23-də anadan olub.  Marmara universitetinin hüquq fakültəsini bitirən Barış Özcan evlidir, və Sufi Özcan adlı balaca oğlu var. Həyat yoldaşı Devletşah xanım da, Barış Özcan kimi bloqqerliklə məşğul olar. Sadəcə tək fərqləri Devletşah öz bloqunda  yemək tariflərindən bəhs etməklə məşğuldur, paylaşdığı yeməklərin da hamısı demək olar ki, ləzzətlidir.  Oğlu Sufi Özcan isə 10 ayda 1000 kitab oxuyaraq böyük bir uğur əldə edib.

Eyni zamanda Barış Özcan  BASF, THY, LC Waikiki, Türk Telekom, NYMag, TimeOut New York kimi şirkətlərlə çalışan Abak.us medya şirkətinin medya rəhbəridir. Şirkətin eyni zamanda İstanbul və Nyu Yorkda ofisləri mövcuddur. Vaxtilə Apple, Adobe ve LinkedIn  məsləhət xidməti göstərib. İş təcrübəsinə gəldikdə isə, 6 il boyunca PDF, Photoshop kimi məhsulların yaradılmasına nail olan Adobe şirkətinin Akdeniz bölgəsi üzrə satış rəhbərliyini edib.  Hətta TRT, əl-Cəzirə, CNN-Türk kimi kanallarda sənədli film proqramlarına rəhbərlik etdi. 

Youtubeın dünya üzərində  seçdiyi 12 səfirdən biri olan Barış Özcan üstəlik 400 mindən çox baxışı olan TEdx çıxışına da sahibdir.

#CreatorsforChange  proqramı üçün beynəlxalq layihələr həyata keçirən Barış Özcanın hazırladığı SCARECROW – KORKULUK layihəsinə 2 milyondan çox baxış var. 

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda Barış Özcan Adobe Premier Pro ilə bağlı 41 dərslik öyrədici videoları mövcuddur. 

2007-ci ildən youtube qoşulan Barış Özcan, 2015-ci ildən gündəlik videolar hazırlamağa başlayır.  Bazar günü səhər saat 10-a qədər  mütləq bir vdeo hazırlayır, bu videolar daha çox motivasiya və öyrədici xarakter alır. Həftəiçi də paylaşdığı videolat sponsor qarşılığında olur. 

Banco.az komandası onun 3 youtube videosunu seçərək sizlərlə paylaşır. 

1) Nasıl el sıkışılmaz?

2) Gökdelen camlarını neden hala insanlar temizliyor?

3) Laurel mi duyuyorsunuz Yanny mi? İşitsel illüzyonun bilimsel açıklaması

Daha çox video üçün Barış Özcanın youtube səhifəsini  izləyə bilərsiniz. 

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et