Müəllif: Gülnar Əhmədli, Banco.az
30 sentyabr 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 milyard 363.4 milyon ABŞ dolları təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 35.8% artıb.
2025-ci ilin eyni dövründə bu göstərici 11 milyard 310.5 milyon dollara bərabər olub.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0,4% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
