Azərbaycanda mis istehsalı 5 dəfədən çox artıb | Banco.az

Azərbaycanda mis istehsalı 5 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda mis konsentratının istehsalı 12 min 484,2 ton olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Bu ilin sentyabrın 1-nə olan məlumata görə, ölkədə mis konsentratının ehtiyatı isə 1 min 673,3 ton təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram