Trampın açıqlaması dolları bir qədər də möhkəmləndirəcək | Banco.az

Trampın açıqlaması dolları bir qədər də möhkəmləndirəcək

ABŞ Prezidenti Donald Trampın vergi islahatları ilə bağlı dünənki çıxışından sonra dollar möhkəmlənməyə, faizlər isə yüksəlməyə başlayıb. "Report"un analitik qrupu bildirir ki, seçkilərdən öncə Tramp korporativ vergiləri 35%-dən 15%-ə qədər azaltmağa söz versə də, dünən 20%-ə qədər azaldacağını açıqlayıb.

İnvestorlar bu açıqlamadan sonra ABŞ dözlət istiqrazlarını satmağa və dollar almağa başlayıblar. Nəticədə, 10 illik istiqrazların faizi 8 bənd artaraq son 8 həftənin maksimumuna - 2,317%-ə çatıb. Dollar indeksi isə 0,2% artaraq 93,5 bənd təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu dolların məzənnəsinin yüksəlişi vergi islahatları və FED-in uçot dərəcəsini dekabrda artırması ehtimalı fonunda bir qədər də davam edəcək. Əsas valyuta cütlüyü olan avro/dolların məzənnəsinin ilin sonuna qədər 1,15 USD/EUR səviyyəsinə kimi geriləməsi gözlənilir.

Qeyd edək ki, bu gün ABŞ-da II rüb ÜDM artımı göstəricisinin son variantı açıqlanacaq. Analitiklər artımın 3% olacağını proqnozlaşdırırlar. Əgər göstərici bu həddən üstün olarsa, dolların güclənməsi prosesi sürətlənə bilər.