Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp bəyan edib ki , ABŞ onun rəhbərliyi altında idxal rüsumlarının tətbiqindən sonra dünyanın ən zəngin ölkəsidir.
Banco.az xəbər verir ki, Tramp qeyd edib ki , amerikalılar indi yüz milyardlarla dollar qazanırlar.
Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ idxal tariflərindən ildə bir trilyon dollardan çox gəlir əldə edəcək.
Tariflərin təzə-təzə öz bəhrəsini verməyə başladığını vurğulayaraq, o, onların tətbiqindən əldə edilən gəliri 200 milyard dollardan çox qiymətləndirib .
Qedy edək ki, Ağ Ev aprel ayından daha yüksək idxal tarifləri tətbiq etməyə başlayıb.