"TikTok" yenidən “Google Play Store” və “App Store”a qayıdıb | Banco.az

"TikTok" yenidən “Google Play Store” və “App Store”a qayıdıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"TikTok" yenidən “Google Play Store” və “App Store”a qayıdıb.

Banco.az xəbər verir ki, ABŞ-da “TikTok”a qısa müddətlik tətbiq edilən giriş qadağasının aradan qaldırılmasından sonra platformanın yenidən “Google Play Store” və “App Store”a qaytarıldığı bildirilib.

“NBC News”un məlumatına görə, “Google” və “Apple” rəsmiləri “TikTok”un platformalarından silinməsi ilə bağlı açıqlama veriblər.

Açıqlamada qeyd edilib ki, 19 yanvar tarixində ABŞ-da qısa müddətlik tətbiq edilən giriş qadağası səbəbindən “Google Play Store” və “App Store”dan silinən “TikTok” tətbiqi yenidən bu platformalara qaytarılıb.

Bununla əlaqədar olaraq, ABŞ-da telefonunda “TikTok” tətbiqi olmayan istifadəçilər bu platformalardan tətbiqi yenidən yükləyə biləcəklər.

Giriş qadağasının aradan qaldırılması ilə telefonunda tətbiq mövcud olan istifadəçilər “TikTok”dan istifadə etməyə davam edə bilmişdilər. Lakin 19 yanvar tarixindən etibarən ABŞ-dakı istifadəçilər “Google Play Store” və “App Store”dan bu tətbiqi yükləyə bilmirdilər.

ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi açıqlamada, “TikTok”un Amerika şirkətinə satılmaması halında ölkədə qadağan olunmasını nəzərdə tutan qanunun icrasının 75 gün müddətinə dayandırılmasının uzadıla biləcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram