“TikTok” tətbiqin Amerika versiyasını hazırlayır | Banco.az

“TikTok” tətbiqin Amerika versiyasını hazırlayır

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” tətbiqin Amerika versiyasının yaradılması üzərində işə başlayıb.

Banco.az xəbər verir ki, bu, “TikTok”un sahibi olan Çinin “ByteDance” şirkətinin amerikalı istifadəçilərin şəxsi məlumatlarından öz dövlətinin xeyrinə istifadə edə biləcəyindən narahat olan ABŞ qanunvericilərinin təzyiqlərinə cavab olaraq edilir.

İnsayderlərin sözlərinə görə, hazırda layihə üzərində yüzlərlə proqramçı işləyir. Amerika versiyasında istifadə olunacaq hissəni müəyyən etmək üçün onlar milyonlarla “TikTok” kodunu təhlil etməli olacaqlar. 

Şirkətdən verilən məlumata görə, bu, ən azı bir il çəkəcək çox əmək tələb edən bir prosesdir. Məqsəd “TikTok”un ABŞ bölməsini Çinin “ByteDance” şirkətindən tamamilə ayırmaqdır. İş başa çatdıqdan sonra tətbiqin ABŞ versiyası avtonom şəkildə, Çin hakimiyyətinin təsir imkanları olmadan fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, qadağa ilə bağlı qanun layihəsi aprel ayında Amerika hakimiyyəti tərəfindən imzalanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram