Təyyarə qorxusunu necə aradan qaldırmaq olar? | Banco.az

Təyyarə qorxusunu necə aradan qaldırmaq olar?

Müəllif - Aida İsaq, Banco.az

Hər birimizin müxtəlif mövzularda qorxuları var. Yaşadığımız həyat tərzi, ətraf mühit, uşaqlıq qayğıları və s. kimi fərqli səbəblər sayəsində bəzən mənfi hisslər və davranışlar qazana bilirik. Bunlar arasında hündürlük və təyyarə qorxusu da yer alır. Ancaq əgər tez-tez səyahət etməli olan iş adamsınızsa yaxud gələcək karyeranızı bu istiqamətdə davam etdirmək planlarınız varsa və ya sadəcə səyahət etməyi sevirsinizsə bu qorxunu ən qısa zamanda aradan qaldırmağınızda fayda var. Gəlin görək, ekspertlər nə məsləhət görür?

Oturacaq seçimi

Əgər ilk uçuşunuza hazırlaşırsınızsa diqqət yetirməli olduğunuz məqamlardan biri düzgün oturacaq seçimidir. Təyyarənin ön hissəsinə yaxın yer seçməyə üstünlük verin. Çünkü orada “turbo rejim” daha az hiss edilir.

Bələdçilərlə əlaqə saxlamaqdan çəkinməyin

Özünüzü narahat hiss edərkən, təyyarə salonuna nəzarət edən bələdçilərlə ünsiyyət qurmaq sizə müsbət təsir göstərəcək. Çünkü onların təcrübələri sayəsində sizə göstərəcəkləri mehriban davranış şəkli narahatlığınızı tamamilə aradan qaldıra bilər.

Uçuşdan öncə kofeinli içkilər içməməyə çalışın

Ən sərfəli kredit üçün müraciət et

Kofeinli içkilər stres səviyyənizi nisbətən artıra bilər. Buna görə də, mütəxəssislər uçuş öncəsi bu kimi içkilərdən uzaq durmağı tövsiyyə edir. Həmçinin spirt, qazlı içkilər, lobya və quru meyvələrə üstünlük verməməkdə fayda var. 

Kiçik məşğuliyyət tapın

İstənilən halda bir mövzuya fokuslanmaq gərginliyi aradan qaldırır. Məsələn kitab oxumaq, musiqi dinləmək, krasvord həll etmək və s. kimi sizi sakitləşdirə biləcək fəaliyyətlər tapa bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et