Müəllif: Tamara Mustafayeva, Banco.az
Texnologiya şirkətlərində ixtisarlar ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz azalsa da, ilin ilk ayında da davam edib.
Banco.az xəbər verir ki, Kovid-19 pandemiyasının başlanğıcından bəri texnologiya dünyasında işdən çıxarılmaları izləyən “Layoffs.fyi” saytından toplanan məlumata görə, texnologiya şirkətlərində ixtisarlar ötən illə müqayisədə daha yavaş olsa da, davam edir.
“Google”, “Microsoft” və “Amazon” da daxil olmaqla şirkətlər bu il də işçilərini ixtisar etməyə davam edir.
“Layoffs.fyi” məlumatlarına görə, 191 texnologiya şirkəti ilin ilk 2 ayında 49 min 736 nəfəri işdən çıxarıb. Ötən ilin eyni dövründə təxminən 130 min insan işdən çıxarılmışdı. Bu da o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixtisarlar 61 faiz azalıb.
Ümumilikdə 2023-cü ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 263 min nəfərə çatmışdı.
İşdən çıxarılmalar sektorlar üzrə araşdırıldığında görürük ki, ən çox ixtisarlar 6 min 916 nəfərlə pərakəndə sektorda fəaliyyət göstərən texnologiya şirkətlərində baş verib.
Qeyd edək ki, süni intellekt texnologiya şirkətlərində ixtisarların ən mühüm amillərindən biri kimi önə çıxır. “Google” başda olmaqla, bir çox şirkət inkişaf etdirdikləri texnologiyalara görə işçilərini ixtisar edir.
Bizi sosial şəbəkələrdən izləyin!!