Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək dronların və dron komponentlərinin idxalına yeni tariflər tətbiq edib.
Ağ Ev bildirib ki, tənzimləmə ölkənin təhlükəsizlik və müdafiə infrastrukturunu qorumaq, eləcə də ABŞ-da istehsal və məşğulluğu dəstəkləmək məqsədi daşıyır.
Cümə axşamı dərc edilən fərmana əsasən, tariflər dronların texniki xüsusiyyətlərindən və mənşə ölkəsindən asılı olaraq dəyişəcək.
Hərbi məqsədlər üçün istifadə edilə bilən termal görüntüləmə kimi həssas texnologiyalarla təchiz olunmuş müəyyən ölçülü dronlara və vacib komponentlərə 100% gömrük rüsumu tətbiq ediləcək.
Daha kiçik dronlara və milli təhlükəsizlik riskini daha aşağı olan hissələrə 25% tarif tətbiq olunacaq.
Aİ, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan gələn məhsullar üçün 15% gömrük rüsumu, Böyük Britaniyadan gələn dronlar və komponentlərə isə 10% gömrük rüsumu tətbiq ediləcək. Bu dərəcə avadanlıq, proqram təminatı və texnologiyanın əsasən Böyük Britaniya və ya ABŞ-dan alınması şərtilə müəyyən edilir.
