Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın 800 dollardan aşağı idxal malları üçün "de minimis" tarif güzəştini ləğv etmək qərarını qüvvədə saxlayıb.
Banco.az xəbər verir ki, idxalçılar tərəfindən qaldırılan iddianı rədd edən məhkəmə, prezidentin bu güzəşti ləğv etmək səlahiyyətinə malik olduğuna qərar verib.
Prezident Donald Tramp sosial media hesabında verdiyi açıqlamada qərarı "böyük qələbə" adlandırıb. ABŞ ticarət siyasətindəki ən böyük hüquqi boşluqlardan birini bağladıqlarını iddia edən Tramp, bu istisnanın illərdir tariflərdən yayınan xarici satıcılar və treyderlər tərəfindən sui-istifadə edildiyini iddia edib:
"Bu, 2024-cü ildə 10,8 milyard dollar vergi itkisinə səbəb olub".
Tramp açıqlamasında 800 dollarlıq vergisiz göndərmə siyasətinin təkcə vergi itkilərinə səbəb olmadığını, həm də dərmanların, saxta malların və qanunsuz məhsulların ölkəyə daxil olmasına kömək etdiyini iddia edib.
