Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə 455 milyon 722 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 13,5% və ya 54 milyon 304 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 99 milyon 367 min manat və ya 33,3% artaraq 397 milyon 453 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 401,4 milyon manata, ödənişlər isə 298,1 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
