Teslanın avtomobil dizaynerindən 3 önəmli strategiya | Banco.az

Teslanın avtomobil dizaynerindən 3 önəmli strategiya

Tesla  həm avtomobil bazarında  səs salır həm də eyni zamanda böyük avtomobil şirkətlərinin elektrikli avtomobillər istehsal etməsində də öz köməkliyini göstərir. Şirkət 2020-ci ildə satışa buraxılması gözlənilən  elektrikli yük maşınları təqdimatından sonra hər dəfə yeniliyə istiqamətlənmiş bir şirkət olduğunu bizə göstərir.

Teslanın uğurları hər nə qədər Elon Muskın adı ilə səsləndirilsədə,  onun böyük  bir şirkət olmasında  avtomobillər üzrə baş dizayner Franz von Holzhausen’in də rolu böyükdür. Məncə onun, 2008-2009-cu illərdə satışa çıxıb böyük uğur əldə edən Model S avtomobil məhsulunun dizaynerlərindən biri olduğunu demək bəs edər.

İndi fikirləşirsiniz ki, bir avtomobil dizayneri bizə niyə lazımdır axı?, biz heç vaxt avtombil dizaynı ilə məşğul olmayacayıq. Lakin  Franz von Holzhausen’in həyatında istifadə etdiyi 3 strategiya vasitəsi ilə öz həyatınızı yenidən dizayn edə bilərsiniz.

1) Effektiv planlaşdıraq.

Tesla 2008-2009-cu illərdə Model S avtomobil məhsulunu satışa çıxardığı zaman, onun üzərində səkkiz ay işləmişdi. Belə bir məhsulu ortaya çıxartmaq çox avtomobil şirktəti üçün uzun illərə başa gəlirdi. Təbii ki, sözü gedən 8 ayda heç rahatlıqla keçmədi, şirkət əməkdaşları bunun üçün yuxusuz gecələr keçirməyə məcbur oldu.  Lakin öz vaxtlarını düzgün idarə edərək demək olar ki, minimum zaman içərisində böyük maksimu nəticə əldə etmişdilər. Bəs buna necə nail olmuşdular? 

Fokuslanmaq: Araşdırmalar göstərir ki, qarşıya qoyduğunuz vəzifə nə qədər çox olarsa məhsuldarlıq bir o qədər də aşağı olacaq. Çox insanlar diqqətini yayındıracaq işlərə daha çox vaxt ayırarlar, lakin əsas vəzifələrinə  istədikləri kimi fokuslana bilməzlər.  Əslində yuxarıdakı ifadəni,  əsas vəzifənizi yerinə yetirmək üçün digər vasitələrdən istifadə etməmək  kimi anlamaq düzgün deyil, lakin həmin o vasitələrin vaxtınızı almasında da imkan verməmək lazımdır.  

İşin bölgüsü:  Yuxarıda dediyim kimi,  çox vəzifə səlahiyyətlənmək sizi yaxşı işçi etməz. İşin çoxluğu sizin stresinizi artırar və sonda başınızı itirməyinizə yol açar. Çox vaxt şirkətlərin ən böyük probmelərindən biri də, işə yeni başlayan birisinin üzərinə daha çox məsuliyyət yükləməkdir.   Unutmayaq ən məhsuldar insan vəzifələrini günlər üzrə düzgün bölənlərə deyilir.

Zamanın analizi:  İngilislərin məşhur bir sözü var, zaman pula bərabərdir. Əslində boşa sərf etdiyimiz zamanla işlərimizi çatdıra bilmədiyimiz zaman içərisində müqayisə aparsaydıq,yəqin ki peşmançılıq çəkərdik.  Holzhausen’in fikrinə görə insan hər hansı bir işi sona çatdırmaq üçün özünə vaxt qoymalıdır, yoxsa bunun effektivliyi olmaz. Əgər həmin işi o zaman içərisində bitirə bilmədinizsə, sabahdan o iş üçün özünüzə 30 dəqiqə əlavə vaxt ayırın və buna görə də digər işlərinizin planlamasını edin.

İstirahət: Hər gün fasiləsiz işləmək sizi mükəmməl biri etməz. Heç fikir verməmisiniz ki, cəmiyyətdə hər bir varlıq müəyyən periodlarla öz işini davam etdirir. Əgər elə bu yöndən düşünsək, fasilələrə ehtiyacımız olduğunu anlayarıq.

2) Detallara önəm verək.

Holzhausen deyir ki, əgər bazara yeni bir məshul çıxarırsınızsa mütləq digər insanların fikirləşmədiyi detalları əlavə edərək bunu edin.  O bunun üçün ilk növbədə avtomobilinin qapısının dəstəyinə bütün diqqətini verdi və onu dizaynını dəyişdirdi.

Bu detal nə qədər kiçik olursa olsun, ona bütün diqqətinizi verməzsəniz o istədiyiniz kimi alınmayacaqdır.  Nə qədər həmin detalın üzərində işləsəniz, daha çox diqqət çəkən nöqtələrin olduğunu görəcəksiniz. Lakin detallar üzərində işlədikdən sonra, işinizin qalan hissəsini yerinə yetirməyi də unutmayaq :)

3) Yenilikçi olaq.

Von Holzhausen Mazda’dan Tesla’ya keçdiyində  özünə belə bir sual verib,  “niyə mən digər avtomobil dizaynerlərinin etdiklərini etməliyəm?” . Bu sual ətrafında uzun müddət düşündükdən sonra, işə başlayıb.

Öz çalışdığınız iş müəssəsini dəyişdirmək kimi bir seçiminiz olmaya bilər, lakin həmin müəssisənin iş stilini dəyişdirə bilərsiniz.   Çünki dəyişiklik bir inkişaf deməkdir,  başqa bir məsləhət isə ayrı vaxtı istifadə etmədiyiniz bir texnologiya vasitəsini işinizdə istifadə etməyinizdir.

Von Holzhausen  təkcə maşın modellərini dəyişdirməklə maşın bazarına yenilik gətirmədi, o dizayn formalarını dəyişdirərək bu sahədə kreativ fikirlərin əsasını qoydu və eyni əməliyyatların daha çox fayda sağlaması üçün yeni texnologiya alətlərindən istifadə etdi.  

Xəzər Aslanov. Banco.az

Bu da maraqlıdır:

Nikola Tesla, Thomas Edisona qarşı. Bu müharibədə kim qalib gəldi?