Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 10 milyard 849 milyon 719 min ABŞ dolları dəyərində 20 milyon 754 min 593 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15% azalıb, neftin həcmi isə 0,9% artıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 50,14% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
