Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 40 milyard 862 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 484 milyon dollar və ya 3,8% çoxdur.
Son 1 ildə Azərbaycanın ixracı 4,9% azalaraq 21 milyard 637 milyon ABŞ dollarına, idxalı isə 15,6% artaraq 19 milyard 225 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 2 milyard 411 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
