Azərbaycanda bu sahədə maaşlar artıb | Banco.az

Azərbaycanda bu sahədə maaşlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 872,2 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 1 604,1 manat, özəl sektorda isə 2 054,8 manat olub.  

2024-cü ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 473,5 manat, özəl sektorda isə 1 813 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram