Araşdırma: Gülnar Əhmədli, Banco.az
Mobil operatorlar müştərilərini qazanmaq və onlara daha sərfəli qiymətlərlə daha yüksək xidmət göstərmək üçün çalışırlar. Müştərilər də sərfəli qiymətlə yüksək keyfiyyətdən yararlanmaq istəyirlər.
Hər kəsə faydalı olacaq bu məqaləmizdə mobil operatorların ("Azercell", "Bakcell" və "Nar Mobile") tarif paketlərini araşdırmışıq.
Araşdırmamıza görə, ölkədə fəaliyyət göstərən 3 operatorun da hər büdcəyə uyğun tarifləri var. Bonuslu tariflərdə minimum qiymət 6 manat, maksimum qiymət isə 99.9 manatdır.
Həmçinin oxu: Ən sərfəli internet paketini hansı mobil operator təklif edir? – Qiymətlər
"Azercell"in 2 tarifində ("SuperSən" və "Premium") ən aşağı qiymət 10 manatdır. Bu qiymətlə "SuperSən 10" tarif paketindən yararlana bilərsiniz. Operatorun təklif etdiyi ən yüksək qiymətli tarif paketi isə "Premium 100"dür. Tarifin qiyməti 99 manatdır. Tarifə 100 GB internet, 5000 dəqiqə ölkədaxili zəng və rominq interneti daxildir.
"Bakcell"in təklif etdiyi bonuslu tariflərdən ən az qiyməti olan tarif "Daimonline 7" (7 manat) tarif paketidir. Bu tarifə 3 GB internet və 100 dəqiqə şəbəkədaxili zəng daxildir. Operatorun ən bahalı tarifi isə 99.9 manatadır (StarPro 80).
"Nar Mobile"da da ən ucuz tarif paketi 6 manata təklif edilir. Bu tarifə 600 MB internet və 120 dəqiqə ölkədaxili zəng daxildir. "Nar Mobile"da ən bahalı tarif paketi isə 58.77 manatadır (Sərfəli 60).
Yuxarıda qeyd etdiyimiz tariflərin digər bonusları və əlavə tarif paketləri haqqında daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Siyahıdakı tariflərin istifadə müddəti 28-30 gündür.
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
