"Tesla" ucuz elektrik avtomobilinin hazırlanmasından imtina edib | Banco.az

"Tesla" ucuz elektrik avtomobilinin hazırlanmasından imtina edib

Müəllif:Ayşən İmanova/Banco.az

"Tesla" çoxdan vəd etdiyi ucuz avtomobili buraxmaqdan imtina edəcək.

Banco.az xəbər verir ki, şirkət diqqətini pilotsuz robotaksislərə yönəltmək niyyətindədir.

Belə ki, investorlar və istehlakçılar 20 ilə yaxındır ki, münasib qiymətə "Tesla" modelini gözləyirdilər. Hətta şirkətin İlon Maskın 2006-cı ildə dərc etdirdiyi baş planda lüks modellərdən əldə edilən gəlirin ucuz ailə avtomobillərini maliyyələşdirəcəyi deyilirdi. Ən ucuz mövcud "Tesla" modeli 39 min dollara başa gəlir. Çoxdan gözlənilən yeni məhsulun təxminən 25 min dollara başa gələcəyi gözlənilirdi.

Kəskin dönüş Tesla-nın bazarı 10.000 dollara qədər ucuz elektrik avtomobilləri ilə dolduran Çin istehsalçılarının rəqabəti ilə əlaqələndirilir. Tesla-nın diqqətini cəmləməyə qərar verdiyi robotaksi yaratmaq daha çətin və riskli bir iş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Teslanın ABŞ-da avtopilot funksiyası olan avtomobillərinin iştirakı ilə baş verən ölümcül qəzalarla bağlı bir neçə məhkəmə prosesi var. Şirkət ilk məhkəmədə qalib gələ bilib- münsiflər heyəti qəzanın sürücülərin günahı olduğunu müəyyən edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram