Süni intellekt sahəsində nəhəng əməkdaşlıq addımı atılıb | Banco.az

Süni intellekt sahəsində nəhəng əməkdaşlıq addımı atılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft”, “BlackRock”, “Global Infrastructure Partners” və “MGX” məlumat mərkəzlərinə və enerji infrastrukturuna sərmayə qoymaq üçün yeni süni intellekt tərəfdaşlığına başlayıblar.

Banco.az xəbər verir ki, “Microsoft” tərəfindən edilən açıqlamada daha güclü süni intellekt imkanlarının inkişaf etdirilməsi səyinin əhəmiyyətli infrastruktur sərmayələri tələb edəcəyi bildirilib.

Açıqlamada qeyd edilib ki, “BlackRock”, “Global Infrastructure Partners”, “Microsoft” və “MGX” hesablama gücünə artan tələbi ödəmək üçün yeni və genişləndirilmiş məlumat mərkəzlərinə sərmayə qoymaq və bu obyektlər üçün yeni enerji mənbələri yaratmaq məqsədilə Qlobal Süni İntellekt İnfrastruktur İnvestisiya Tərəfdaşlığını başladıblar.

Açıqlamada bildirilib ki, sözügedən tərəfdaşlıq ilkin olaraq 30 milyard dollarlıq özəl kapital cəlb etməyi hədəfləyir. Bu məbləğin 100 milyard dollara qədərinin investisiyaya çevrilməsinin hədəfləndiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada həmçinin infrastruktur sərmayələrinin əsasən ABŞ-da ediləcəyi, bununla da süni intellekt innovasiyaları ilə iqtisadi artımın dəstəklənəcəyi, bəzilərinin isə ABŞ-ın tərəfdaş ölkələrində həyata keçiriləcəyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et