Sosial Mənzil Fondunun yaradılması hansı faydaları gətirəcək? | Banco.az

Sosial Mənzil Fondunun yaradılması hansı faydaları gətirəcək?

Parlament bu ilin payız sesiyasında sosial mənzil fondunun yaradılması ilə bağlı lmüzakirələrə başlayacaq Bu barədə millət vəkili Musa Quliyev bildirib. İqtisadçi alim Vüqar Bayramov məsələylə bağlı öz fikir və təhlilərini bölüşüb.

Dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manat vəsaitin ayrılması barədə göstərişindən sonra sosial mənzil fondunun formalaşdırılması daha aktuallaşdı. Ölkə Prezidenti ayrılan vəsaitin bir hissəsinin sosial evlərin inşası üçün istifadəsi ilə bağlı da tapşırıq vermişdi. Beləliklə, Prezidentinin son göstərişi sosial evlərin formalaşdırılması ilə bağlı hazırkı mərhələ üçün maliyyə problemini həll etmişdi.

Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir.

Sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür və neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq bunun üçün ölkənin vəsait var. Bu fondların formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Həmin məncələyə əsasən, sosial kirayə və sosial mənzil fondlarının yaradılması planlaşdırılır. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir. Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Məcələninin 108-ci maddəsində o da yazılir ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə hətta yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi bazada mövcuddur.

Qeyd edim ki, bu fondun formalaşdırılmasıı heç də mənzilə sahib hansısa ailənin ikinci bir evə sahib olması demək deyil. Bu, mənzilə tələbatı olan, amma mənzil almaq üçün imkanı olmayan və orta əmək haqqı mənzil üçün yetərli olmayan ailələrin mənzillə təmin edilməsi deməkdir. Sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılsın. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanlarının qonşu ölkələrə baxanda daha yüksəkdir. Bu, praktiki olaraq dövlət büdcəsi üçün heç bir çətinlik yaratmaz. Dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadaratmetrin “malaaltı” 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar.

Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir. Bu zaman sosial mənzil fondu üçün yeri pulsuz ayrılır, tikinti şirkətlərini isə tender əsasında seçilir.
Bu məsələnin daha iki çox əlverişli tərəfi də var: birincisi, indi əsasən neft gəlirlərindən xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət azalmalarına səbəb olacaq. Bu da hətta sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu aztəminatlı aiələri yüksək kirayə haqqları ödəməkdək azad edəcək, eyni zamanda kirayə bazarında qiymətləri stabilləşdirəcək. Həmçinin, dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq.

Mənzillərin qiymətlərinin aşağı salınması üçün ən münasib yollardan biri sosial mənzil fondunun formalaşdırılmasıdır. Bu zaman dövlət artıq bazarda təklifçi kimi çıxış edir ki, bu da tələbin bir hissəsinin sözügedən fond tərəfindən qarşılanmasına və nəticədə qiymətlərin tənzimlənməsinə imkan verir. Hələlik, dövlət bazarda təklif deyil tələb formalaşır.

Beləliklə, əhalinin sosial vəziyyətinə, mənzil problemini həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiqi mexanizmlərinin formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır.