Son 5 ildə Azərbaycana nə qədər avtomobil idxal edilib? | Banco.az

Son 5 ildə Azərbaycana nə qədər avtomobil idxal edilib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 26 min 805 ədəd avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 5 ayda ölkənin avtomobil idxalının dəyəri isə 542 milyon 270 min dollar olub.

İllik müqayisədə avtomobil idxalında 15 981 ədəd azalma qeydə alınıb. Son 5 ilin göstəricilərinə baxsaq, idxalda həm miqdar, həm də dəyər baxımından dalğalanmalar olduğunu görə bilərik. 2022-ci ildən (yanvar-may aylarında) bəri idxal edilən avtomobillərin sayı bu qədər olub:

İllər (yanvar-may ayları)

Sayı

Dəyəri (dollar)

2026

26 805

542 milyon 270 min

2025

42 786

789 milyon 752 min

2024

35 570

648 milyon 458 min

2023

40 264

611 milyon 968 min

2022

28 681

369 milyon 469 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram