“SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır” | Banco.az

“SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır”

“SOCAR-ın beynəlxalq şirkət olması Gürcüstanda özünü ən yaxşı formada nümayiş etdirir”.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Tbilisi İpək Yolu Forumu çərçivəsində təşkil olunan “Energetikanın gələcəyi” mövzusunda paneldə çıxışında bildirib.

Onun sözlərinə görə, şirkətin Gürcüstandakı nümayəndəliyinin ölkənin dövlət rəsmiləri ilə sıx tərəfdaşlıq münasibətləri var: “SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş və ən yaxşı xidmət təminatçısı olmağa çalışır”.

Ən sərfəli kredit üçün müraciət et

Y.Lətifov SOCAR-ın müxtəlif neft və neft-kimya məhsulları istehsal etdiyini qeyd edərək şirkətin balanslaşdırılmış və yaxşı inteqrasiya edilmiş dəyər zənciri yaratdığını bildirib: “Bu bizə hansısa konkret məhsul və ya xidmətdən daha az asılı olmağa imkan verir”.

SOCAR rəsmisi Azərbaycanda insan kapitalının inkişafı məsələsinə da toxunub. O, Azərbaycanda ən yaxşı və istedadlı insanların neft-qaz mühəndisliyi üzrə təhsil aldığını vurğulayıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et