SOCAR istiqrazı sahiblərinin ümumi qazancı AÇIQLANDI | Banco.az

SOCAR istiqrazı sahiblərinin ümumi qazancı AÇIQLANDI

Vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanları təklif edən və qiymətli kağızlar bazarında trendə çevrilmiş SOCAR İstiqrazları 17 yanvar tarixində baş tutan sayca 13-cü, 2020-ci ilin isə 1-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı. Bununla da istiqraz sahiblərinin ümumi qazancı 16 milyon 250 min dollara yüksəldi.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

Təkrar bazar əməliyyatlarının həcminin $185 milyona çatması, bağlanmış əqd sayının  2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyona yaxınlaşması SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

Bütün bu qeyd olunan göstəricilərin ümumi nəticəsidir ki, cari il ərzində yeni istiqrazların buraxılması planlaşdırılır və müvafiq yöndə hazırlıq işləri davam etdirilir.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 aprel tarixində baş tutacaq. Əlavə məlumat üçün *19 99 nömrəsi vətəndaşların xidmətindədir.

Ən sərfəli krediti almaq üçün müraciət et