Çexiyanın tanınmış "Şkoda Transportation Group" şirkəti Azərbaycanda elektriklə işləyən avtobusların istehsalında maraqlıdır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Belə ki, "Şkoda Transportation Group" şirkəti ölkəmizdə elektriklə işləyən avtobusların müvafiq istehsalının qurulması ilə bağlı yerli tərəfdaşlara əməkdaşlıq təklifi ilə müraciət edib. Şirkətin elektriklə işləyən avtobusların ölkəmizdə istehsalının qurulması ilə bağlı təklifi ilə bağlı AZPROMO-ya daxil olmuş məktubuna baxılıb. Yerli sahibkarları məlumatlandırmaq məqsədi ilə sözügedən məlumatlar AZPROMO-nun internet səhifəsində yerləşdirilib.
Verilən təkliflə əməkdaşlıqda maraqlı azərbaycanlı iş adamları və sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.
Report.az