İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, fond ixtisaslaşdırılmış yaşıl marketin, müasir tərəvəzçilik, çayçılıq, bağçılıq və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərində layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edib.
İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434 74 29, faks: (012) 432 37 17; e-mail: [email protected]) müraciət edə bilərlər.
Mənbə: Report.az