"Onlayn rejimə keçməyə tələsməyən şirkətlər, bir gecədə bunu etdilər" | Banco.az

"Onlayn rejimə keçməyə tələsməyən şirkətlər, bir gecədə bunu etdilər"

Axios yazır ki, onlayn ödəmə xidməti provayderi Stripe 600 milyon dollar cəlb edib və hal-hazırda, demək olar ki, 36 milyard dollar dəyərində qiymətləndirilir.

Banco.az xəbər verir ki, bu mərhələdə Andreessen Horowitz, General Catalyst, Alphabet GV və Sequoia Capital da iştirak edirdi.

Stripe startapının gəlirləri onlayn alış-verişin populyarlığı ilə birlikdə artır. Covid-19 epidemiyası rəqəmsal iqtisadiyyatın inkişafını stimullaşdırdı və oflayn rejimdən onlayn rejimə “miqrasiya etmək üçün” lazım olan illər bir neçə həftəyə endirildi.

Həmçinin oxu: "İndi öz bisnesinə başlamağın tam vaxtıdır"

“İnternet vasitəsilə həkimə getmək və ya məhsul almağı ağlına belə gətirməyən insanlar indi bunu zəruri hesab edirlər. Onlayn rejimə keçməyə tələsməyən və ya heç bir lüzum görməyən şirkətlər, demək olar ki, bir gecədə bunu etdilər”, — Stripe, başqa deyimlə, Silikon Vadisinin ən bahalı startapının qurucusu və prezidenti Con Kollison söyləyir, — “İndi geri çəkilmə vaxtı deyil, platformaya daha da çox sərmayə qoymaq lazımdır”.

Artıq DoorDash, Instacart, Caviar və Postmates ilə işləyən Stripe açıqlayıb ki, yeni müştəriləri Zoom videokonfrans xidmətidir.

Pitchbook xəbər verir ki, Stripe indi 36 milyard dollar dəyərindədir — Palantir Technologies və Airbnb şirkətlərindən daha bahalıdır. Bir çoxları 2020-ci ildə Stripe IPO-nu proqnozlaşdırır, lakin şirkət hələ birjaya daxil olacağı vaxtı açıqlamayıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən bildiriblər ki, investisiyalar startapın yeni ölkələrdə buraxılmasına və inkişaf etdirilməsinə, yeni əməkdaşların işə götürülməsinə sərf olunacaq. Daha əvvəl Inc.com Stripe şirkətinin son onilliyin ən nüfuzlu startapları sırasına daxil edildiyini xəbər vermişdi.

Həmçinin oxu: Karantin dövründə pulunuza necə qənaət edə bilərsiniz?

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram