ABŞ və İsveçrə ticarət razılaşması əldə ediblər | Banco.az

ABŞ və İsveçrə ticarət razılaşması əldə ediblər

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ və İsveçrə ticarət razılaşması əldə ediblər.

Banco.az xəbər verir ki,  razılaşmaya əsasən, İsveçrə məhsullarına tətbiq olunan tariflər 39 faizdən 15 faizə endiriləcək.

Tərəflər əsas şərtlər barədə razılığa gəlib və razılaşmanın təfərrüatları cümə günü Ağ Evin rəsmi saytında təqdim olunacaq.

İsveçrə razılaşma çərçivəsində ABŞ-a 200 milyard dollarlıq sərmayə yatırmağı öhdəsinə götürüb. Bundan əlavə, İsveçrə tərəfi daha çox Boeing təyyarəsi almağa da razılıq verib.

İsveçrə bir sıra istehsal sahələrində — o cümlədən əczaçılıq, qızıl əridilməsi və dəmir yolu avadanlıqları sektorunda — istehsal güclərini ABŞ-a yönləndirməyi planlaşdırır.