Sığorta şirkətlərinin əldə etdiyi sığorta haqları məlum oldu | Banco.az

Sığorta şirkətlərinin əldə etdiyi sığorta haqları məlum oldu

Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya  11 % çoxdur.
Banco.az  Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) əldə etdiyi məlumata əsasən xəbər verir ki, Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191 milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 36% çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, cari ilin 10 ayı ərzində  könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artmışdır. İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətləri üzrə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri üzrə ətraflı məlumatlar aşağıdakı cədvəllərdə öz əksini tapmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et