Devalvasiya ilə bağlı bütün gözləntilərə rəğmən, öz vəsaitlərini manatda saxlamağa üstünlük verən şəxslərin sayı hələ də az deyil. Xüsusən də dollar ilə müqayisədə manat əmanətlərinin daha yüksək faizlə təqdim edilməsi, həmin yatırımları cəlbedici edir.
Lakin bu tendensiya tezliklə dəyişə bilər. Kredit faizlərini aşağı salmağa məcbur olan banklar, çox güman ki, xərcləri azaltmaq üçün depozit faizlərini də endirməli olacaq.
Hələ ki, banklarımızda 1 il müddətinə manatla yerləşdirilən əmanətlərə faiz təklifləri aşağıdakı kimi görünür.
Cədvəl - Faizlər aylıq və müddətin sonunda götürülməklə, 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlər üçün tərtib edilib.
Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019
Bank |
Min. Məbləğ |
Aylıq |
Müddətin sonunda |
Əmanətin adı |
Nikoil Bank |
100 AZN |
14 |
16 |
|
Bank BTB |
100 AZN |
14 |
16 |
|
NBC Bank |
- |
15 |
15 |
|
Bank VTB |
1000 AZN |
13 |
14 |
|
DəmirBank |
100 AZN |
13 |
14 |
|
Yapı Kredi Bank Azərbaycan |
250 AZN |
13 |
14 |
Dövrü qazan |
Unibank |
500 AZN |
12,5 |
13,5 |
|
Kapital Bank |
100 AZN |
12 |
13 |
|
Bank Standard |
500 AZN |
12,5 |
13 |
|
MuğanBank |
1000 AZN |
12 |
13 |
|
AmrahBank |
500 AZN |
12 |
13 |
|
Rabitəbank |
200 AZN |
12 |
13 |
|
ExpressBank |
500 AZN |
12 |
12,9 |
|
AtraBank |
100 AZN |
12 |
12 |
|
AccessBank |
50 AZN |
11,5 |
12 |
|
AtaBank |
500 AZN |
11 |
12 |
|
TuranBank |
100 AZN |
11 |
11,5 |
|
Bank of Baku |
100 AZN |
10 |
11 |
|
Bank Respublika |
- |
10 |
10,5 |
|
Para Bank |
500 AZN |
10 |
10,5 |
11 yanvar 2015-ci il tarixindən sonrakı dövrdə yerləşdirilən fiziki şəxslərin əmanətləri üzrə il ərzində faiz gəlirlərinin cəminin 500 manatdan çox olan hissəsinə 10% civarında ödəniş mənbəyindən vergi tətbiq olunur.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik şurasının qərarı ilə 2015-ci il fevral ayının 24-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (30000 AZN qədər ) təyin olunmuşdur.
Məqaləmiz sizin üçün faydalı və maraqlı olarsa, dostlarınızla paylaşmağı unutmayın.
Könül Soltanova, Banco.az