Səhmdarların illik ümumi yığıncağın çağırılması haqqında B İ L D İ R İ Ş | Banco.az

Səhmdarların illik ümumi yığıncağın çağırılması haqqında B İ L D İ R İ Ş

Unicapital İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti bildirir ki, səhmdarlarının illik ümumi yığıncağı 24 may 2022-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:

1. "Unicapital İnvestisiya Şirkəti" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq  2021-ci il üzrə illik hesabatının təsdiq edilməsi;

2. "Unicapital İnvestisiya Şirkəti" ASC-nin 2021-ci il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq edilməsi;

3. “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Kənar Auditorunun təyin edilməsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün məsul şəxs Cəmiyyətin əməkdaşı Nicat Şamilli təyin edilmişdir.

Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram