Sanksiyalara qarşı Rusiyanın cavab tədbirlər paketi bu gündən qüvvəyə minir | Banco.az

Sanksiyalara qarşı Rusiyanın cavab tədbirlər paketi bu gündən qüvvəyə minir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya qarşı tətbiq olunan sanksiyalara cavab olaraq Rusiya prezidenti Vladimir Putininin imzaladığı fərman bu gündən qüvvəyə minir.

Banco.az xəbər verir ki, ekspertlər müvafiq fərmanın Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin əsassız olduğunu sübut edəcəyi qənaətindədir. Eyni zamanda qeyd olunur ki, cavab tədbirləri Rusiyanın neft-qaz şirkətlərinin marjinal qiymətlər sisteminə daxil olmaması üçün zəruri qanunvericilik bazasını yaradacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, hazırda ABŞ və ona müttəfiq dövlətlər arasında Rusiyanın neft məhsullarının ixracı ilə bağlı qiymətləri məhdudlaşdıracaq sanksiyaların növbəti mərhələsi üzərində müzakirələr aparılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram