Müəllif:Ayşən İmanova/Banco.az
“Exynos” çipsetini alan ilk qatlana bilən cihazı olacaq.
Banco.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “The Elec” nəşri məlumat yayıb.
Məlumata görə, qatlana bilən smartfon “Exynos 2500” çipi ilə təchiz ediləcək və bu çip “Samsung”un ikinci nəsil SF3 proses texnologiyasından istifadə etməklə istehsal olunacaq.
Qeyd olunur ki, “Exynos 2500”ün kütləvi istehsalı gələni ilin əvvəlinə planlaşdırılır. Eyni zamanda, 2025-ci ildə “Samsung” 229,4 milyon smartfon, o cümlədən 3 milyon “Galaxy Z Fold7” və 900 min yeni “Z Flip FE” buraxmaq niyyətindədir.
Bir çox “Samsung” həvəskarı “Qualcomm”un qabaqcıl həlləri ilə müqayisədə zəif qrafika performansını və daha yüksək isitmə qabiliyyətini qeyd edərək, şirkəti “Exynos”dan istifadə etdiyinə görə tənqid edir.
“Samsung Galaxy Z Flip7”, “Flip SE” və “Fold Z7” qatlanan smartfonlarının təqdimatı 2025-ci ilin yayında gözlənilir. Şayiələrə görə, “Exynos 2500” əsasında ilk qurğular flaqman “Galaxy S25” olacaq.