Şahmar Mövsümov: "ARDNF-in aktivləri 42,5 milyard dollara yaxınlaşıb" | Banco.az

Şahmar Mövsümov: "ARDNF-in aktivləri 42,5 milyard dollara yaxınlaşıb"

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42,5 milyard ABŞ dollarına yaxınlaşıb.

Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri ilə görüşdə məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

“ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirilib. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik”,- o deyib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et