İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) mal və materialların satın alınması, texniki avadanlıqlara xidmətlərin göstərilməsi məqsədilə kotirovka sorğusu elan edib.
İddiaçılar satınalma prosedurunun predmetinə uyğun hazırlanan əsas şərtlər toplusunu SKMF-dən (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172) əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmaqla oktyabrın 21-i saat 15:00-a qədər qəbul olunur.
Mənbə: Report.az