Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya rublu 16 ayda ilk dəfə dollara nisbətdə 95 səviyyəsini keçib.
Banco.az xəbər verir ki, Dollar/Rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə olaraq 95 səviyyəsini üstələyib.
Belə ki, həftənin sonuncu ticarət günü dollara nisbətdə təxminən 0,11 faiz ucuzlaşan rubl məzənnənin 95 səviyyəsindən yükləsməsinə səbəb olub.
Qeyd edək ki, ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da rol oynadığını vurğulayırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!