Rusiya Mərkəzi Bankının sədri rublla bağlı açıqlama verib | Banco.az

Rusiya Mərkəzi Bankının sədri rublla bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkə valyutası ilə bağlı bəyanat verib.

Banco.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən iclasda çıxış edən Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina son hadisələrlə bağlı qiymətləndirmələr edib.

Nabiullina ölkə valyutasının ucuzlaşmasının inflyasiya üçün risklər yaratdığını və bu risklərin Bankın Pul Siyasəti Komitəsinin növbəti iclasında nəzərə alınacağını bildirib.

O, həmçinin xarici ticarət dinamikasının rubla təsir edən ən mühüm faktor olduğunu vurğulayıb.

Nabiullina bildirib ki, Rusiya Mərkəzi Bankı yalnız maliyyə sabitliyi üçün risklər gördüyü zaman bazara müdaxilə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiya rublu 2022-ci il martın 28-dən bəri ilk dəfə ABŞ dollarına nisbətdə 93,45 səviyyəsinə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et