Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın neft məhsullarına və dizel yanacağının idxalına qoyulan qadağalar müvafiq məhsulların dünya bazarına axınının qarşısını ala bilməyəcək.
Banco.az xəbər verir ki, məlumata görə, Moskva Qərb bazarını Türkiyə və Mərakeşə alternativ marşrutlar vasitəsilə tədarükü artırmaqla əvəzləyəcək. 2022-ci ilin dekabrında Türkiyə 2016-cı ildən bəri rekord həcmdə Rusiya dizel yanacağını idxal edib. Onun ümumi ixracı da keçən ay rekord həddə yüksəlib. Eyni zamanda Mərakeş də ötən ay idxalı əhəmiyyətli dərəcədə artırıb.
“Trafigura”nın neft ticarəti üzrə həmsədri Ben Lakokun sözlərinə görə, Aİ-nin Rusiyanın dizel idxalına tətbiq etdiyi qadağalar böyük həcmdə neft məhsullarının tədarükünü qərbdən şərqə yönəldəcək. Nəticədə qlobal əmtəə bazarında səmərəsiz vəziyyət yaranacaq. Bu amil öz növbəsində xammalın birja qiymətlərinin artmasına da səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!