Rusiya Çinə enerji nəqlinin 40 faiz artdığını bildirib | Banco.az

Rusiya Çinə enerji nəqlinin 40 faiz artdığını bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya: Çinə enerji daşımalarımız 40 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Çinin Şanxay şəhərində  Rusiya və Çin rəsmilərinin iştirakı ilə keçirilən iclasda bir sıra qiymətləndirmələr edib.

Texnoloji avadanlıqların tədarükü ilə bağlı Çin şirkətləri ilə əməkdaşlıq etdiklərini qeyd edən Novak çatışmayan texnoloji avadanlıqların tədarükü üçün tərəfdaşlarla işlədiklərini dilə gətirib.

Novak Çin ilə enerji sahəsində də əməkdaşlığı inkişaf etdirməyə davam etdiklərini bildirərək aşağıdakı ifadələri vurğulayıb.

“Enerji Çin ilə əməkdaşlığımızı inkişaf etdirdiyimiz əsas sahələrdən biridir. Çinə enerji daşımalarımız cari ilin ilk rübündə 40% artıb.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et